Ötən aylarda “Xəzər” TV-nin nəzdində fəaliyyət göstərən “Xəzər” FM və “Dalğa” TV-nin rəhbəri postlarından ayrılan Nəsib Nurun yerinə yeni kadr təyin olunub. SİA-nın məlumatına görə, “Dalğa” TV-də bundan sonra rəhbər vəzifəsini Əzizə Dünyamalıyeva icra edəcək. Bu haqda Əzizə xanımın özü məlumat verib.
O, işinə dünəndən etibarən başlayıb.
Qeyd edək ki, Ə.Dünyamalıyeva ATV-də, “Xəzər” TV-də, “M-group Production”da müxtəlif vəzifələrdə çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB