Miri Yusif "Karma"mı təqdim etdi - FOTO

Dünən "Dəyirman" qrupunun üzvü Miri Yusifin növbəti "Karma" adlı solo-albomu jurnalistlərə təqdim etdi. SİA-nın məlumatına görə, keçirilən mətbuat konfransında qeyd edildi ki, Miri Yusif 19 mahnının hər birində dərin fəlsəfi ideyalarını sadə, amma bununla belə, hər bir insana yaxın olan tərzdə və parlaq obrazlarla ifadə edib. Miri Yusif onu da bildirdi ki, "Karma" dərin sevgi və böyük ürəklə yaradılmış sadəcə mahnılar deyil, hislər toplusudur.

Qeyd edək ki, Miri Yusif "SS Production" şirkəti ilə əməkdaşlıq haqqında müqavilə imzalayaraq albomu şirkət tərəfindən məşhur "Sony" şirkətində istehsal edib. Albomun ərsəyə gəlməsində Miri Yusiflə birlikdə "Dəyirman Production", bəstəkar Emil Kərimi, saksafonçular Rain Sultanov, Teymur Süleymanbəyli və aranjemançı MC Murad çalışıblar.

Qeyd edək ki, tədbirdə "Dəyirman" qrupunun üzvləri ilə yanaşı, "SS Production"un rəhbəri, bəstəkar Emil Kərimi və aranjemançı MC Murad iştirak edirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə