Müğənni Röyadan böyük sürpriz
"Nar Mobile"ın sponsorluğu, "Ulduz" prodakşnın təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə keçirilən "Doğma diyar" ölkə üzrə konsert turu Bakıda dekabrın 6-da sonuncu konsertlə yekunlaşacaq.

Bu barədə SİA-a "Ulduz" prodakşnın rəhbəri Kənan Bayramov məlumat verib: "Konsert Bakı İdman sarayında keçiriləcək. Bütün heyətlə birlikdə bütün yayı təmənnasız, ürəklə çalışdıq. Çox çətinliklərimiz oldu, istədiyimiz şəraiti qurmaq üçün maneələr yarandı, lakin heç nəyə baxmayaraq bu konsertləri reallaşdırdıq. Bu dəfə də öz büdcəmizlə istədiyimiz şəkildə olmasa da tamaşaçıları razı sala biləcək konsert vəd edirik. Bizi dəstəkləyənlər az olsa da, həqiqətən xalq konserti oldu, tamaşaçılarda xoş ovqat yarada bildik".

Kənan Bayramov bu dəfəki konsertdə tamaşaçılara 10 min nəfərlik dəvətnamələrin paylanılacağını deyib: "Paylanılacaq dəvətnamələr 10 min nəfər tamaşaçı üçün nəzərdə tutulub"

Qeyd edək ki, yay aylarında start götürən "Doğma Diyar" layihəsi Qubada başlayıb və artıq Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Sumqayıt şəhərlərində keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə