Aparıcıdan sərt sözlər: "Mətanətin daşı onun başına düşsün" VİDEO

Aparıcıdan sərt sözlər: "Mətanətin daşı onun başına düşsün" VİDEO

Aparıcı Mətanət Əliverdiyevanın əməliyyat olunması ilə bağlı xəbərlər yayılıb. SİA-nın məlumatına görə, aparıcı sosial şəbəkədə video paylaşaraq, yayılan xəbərlərə sərt münasibət bildirib: "Çox qəribədir. Verilişdə idim, görürəm saytda yazıblar ki, Mətanət ağır əməliyyat keçirib, tərpənə bilmir. Tərpənə bilməyən insan işə gəlir, kameranı götürüb çəkilişə gedir? Bu dezinformasiyanı yayan kimdir? Kim ki, məni istəmir, Mətanətin daşı onun başına düşsün. Mətanət işdədir. Hazırda da “5 gəlin”in çəkilişindədir. Savadsız saytlar və savadsız jurnalistlər, belə getsə, bu peşənin axırı olmayacaq. Bu, jurnalistlərin hamısına həvalə olunmur”.

Bütün xəbərlər Facebook səhifəmizdə