“Best model of the World-2010” yarışmasının final şousuna Azərbaycandan xüsusi nümayəndə heyəti İstanbula gedəcək - FOTO

“Best model of the World-2010” yarışmasının final şousuna Azərbaycandan xüsusi nümayəndə heyəti İstanbula gedəcək - FOTO
"Best model of the World-2010" yarışmasının final şousunun keçirilməsinə sayılı günlər qalıb. Bu möhtəşəm gecədə Azərbaycanı modellər Günay Musayeva və Azər Atakişiyev təmsil etmək hüququ əldə edib. Müsabqiədə azərbaycanlı iştirakçılara dəstək olmaq məqsədi ilə Azərbaycandan xüsusi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərinə yola düşəcək.

"Best model of Azerbaijan-2010" müsabiqəsinin prezidentliyini həyata keçirən stilist Anar Ağakişiyev SİA-ya açıqlamasında bildirib ki, dekabrın 11-də çox möhtəşəm şou baş tutacaq: "Mən bu müsabiqə keçiriləndə Günayın çox istedadlı bir model olduğunu və onun birinciliyə layiq olduğunu bildirmişdim. Fikrimdə yanılmadım və Günay Musayeva bu yarışmanın birincisi oldu. Bütün KİV mənsublarını, eləcə də Azərbaycan xalqını Günaya dəstək olmağa çağırıram. Çünki burada tək Günayın adından yox, bütünlüklə Azərbaycandan söhbət gedir, bu mötəbər model müsabiqəsində Günay və Azərin adı Azərbaycanla bağlıdır, onunla birgə Azərbaycan bayrağı da o səhnədə dalğalanacaq. Azərbaycan "Best model" müsabiqəsində 2000-ci ildən iştirak edir və bu təmsilçilik dövründə qız modellərimizdən ən yüksək nəticə üçüncülük idi. Amma ki, mən konkret Günaya həm dəstək oluram, həm də həm də onun peşəkarlığına şübhə ilə yanaşmıram, əksinə həddindən artıq professional bir modeldir".

A.Ağakişiyev onu da bildirib ki, o, bəziləri tərəfindən qalibiyyəti söz-söhbətlə və digər maddi maraqlarla qarşılandığı Günya Musayevanın bu müsabiqədə birincilik qazanacğıan zəmanət verə bilər: "Amma yenə də deyirəm ki, hər şey ola bilər. Günayın müsabiqənin ön yerlərindən birində olmasını arzulayıram. Azərbaycandan bu müsabiqəyə böyük nümayəndə heyəti gedəcək, sürpriz qonaq qismində də bir nəfər getməlidir. Hələ onun kimliyini açıqlamaq istəmirəm, ancaq deyə bilərəm ki, o çoxlarının sevimlisidir. Tam razılığını alandan sonra adını açıqlayacağam".

Azərbaycanlı məşhur stilistə "Best model of the world-2010" model yarışmasında münsiflər heyətində təmsil olunmaq təklif olunub: "Sözün düzü təklif olunub, amma münsiflər heyətinin tam siyahısı hələ təsdiqlənməyib. Ona görə də bunu dəqiqliyi ilə deyə bilməyəcəyəm. Amma "Best model of Azerbaijan-2010" yarışmasının prezidenti olaraq Günaya dəstək olmaq məqsədi ilə Türkiyəyə gedəcəyəm".

Stilist Azərbaycanda keçirilən bu müsabiqədə birgə işlədiyi, ancaq sonradan aralarında mübahisə yaranan Validə Abbasovanın Türkiyəyə getmək təklifi etmədiyini deyib.

"Best model of Azerbaijan -2010"un prezidenti onu da qeyd edib ki, dünya model müsabiqəndə təmsil olunacaq digər iştirakçılarla maraqlanıb: "Gəldiyim nəticə odur ki, Azər Atakişiyevə İtaliya, Fransa, Bolqarıstan, Türkiyə, Günaya isə iki xanım model rəqib ola bilər. Rusiyadan və Mərkəzi Afrikadan olan xanım modellər həm boy, həm də parametr baxımında Günyala eynidilər, sadəcə biri ağ dərili, o biri isə qaradərilidir. Amma yenə də Günaya rəqib görmürəm".

Sonda isə A.Ağakişiyev dekabrın 11-də İstanbulun məşhur salonlarından birində həyata keçiriləcək bu yarışma üçün çox möhtəşəm şou hazırlanacağını deyib. Şounu isə meqa-star Tarkanın komandası hazırlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə