Bir neçə musiqi alətinin mahir ifaçısı kimi tanınan əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran "İnstagram" səhifəsində yazıb: “Çox heyf. Bu dəqiqə Azərbaycan Respublikasının əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov dünyasını dəyişdi. Böyük sənətkarımızı itirdik. Allah rəhmət eləsin”.
Qeyd edək ki, Həsənağa Sadıqov onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB