Mətanət Rəhimi tənqid etdi

Aparıcı Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə müğənni-bəstəkar Rəhim Rəhimlidən danışıb. SİA-nın məlumatına görə, aparıcı onu təkrarçılıqda ittiham edib və repertuarının eyni olduğunu deyib: “Dostum da olsa inciməsin Rəhim Rəhimlini götürürəm. Onun iki il əvvəl eşitdiyim repertuarını indi də eşidirəm. Eyni sıralama gedir. Mənə artıq o maraqlı deyil. Bir rayonda olanda həmin repertuar, başqa tədbirdə olanda yenə eyni repertuar. Məncə tamaşaçını bezdirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə