Yanvarın 13-də Heydər Əliyev Sarayında müğənni Rəqsanə İsmayılova "Hər şey geridə qaldı" adlı solo konsert verməyi planlaşdırır. Müğənninin SİA-ya verdiyi məlumata görə, konsertdə çox maraqlı sürprizlər olacaq: "Konsertin açılışı dini mahnı ilə olacaq. Əhatəmdə kəpənəklər uçacaq. Səhnədə mələklərdən çox istifadə ediblər. Amma kəpənəklər heç olmayıb. Konsertdə mənim müəlliməm olan Elnarə Abdullayeva ilə muğam oxuyacağam. Sonra isə yalnız özüm solo ifa edəcəyəm. Bununla yanaşı, orada mənim sonuncu "Sənə dəliyəm mən" adlı, musiqisi və sözləri Çingiz Mustafayevə məxsus olan mahnıma Zöhrab Ağayev tərəfindən ən son şəkillərimdən ibarət klip yığılıb ki, bu da orada nümayiş olunacaq. Klipdəki şəkillər Moskvada olan fotosessiyamdandır".
Məlumat üçün bildirək ki, konsertdə bir çox bəstəkarların mahnıları ifa olunacaq. Onların sırasında Ruslan Səfəroğlu, Nazim Məmmədov, Çingiz Mustafayev, Aynur Adilqızı, İsmayıl Əsədov və başqalarının bəstələdiyi yeni mahnılar səslənəcək. Konsertin reklamı və ssenarisi Fuad Əlişova məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB