Hacı Nuran Həsənağa Sadıqovla görüşdü FOTOLAR

Hacı Nuran Həsənağa Sadıqovla görüşdü FOTOLAR

Xəbər verdiyimiz kimi, əməkdar artist Həsənağa Sadıqov ağır xəstəlikdən əziyyət çəkir. SİA-nın məlumatına görə, bu barədə sənətkarın oğlu Elşən Sadıqov sosial şəbəkə hesabında payaşım edib. O, atasına kömək lazım olduğunu və yalnız xarici ölkədə müalicə oluna biləcəyini bidirib.

Həyat Fondunun rəhbəri Hacı Nuran Hüseynov "İnstagram" hesabında paylaşım edərək H.Sadıqova dəstək olacaqlarını yazıb. O, sözündə duraraq H.Sadıqovla görüşüb. Hətta sənətkarla görüşü zamanı şəklini çəkərək, "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Dünyada elə insanlar var ki, onların istedadı məhdud olur. Hər tərəfli istedadlar tək-tək dünyaya gəlir. Musiqi alətlərinin mahir ifaçısı kimi tanınan, əməkdar artisti və əməkdar mədəniyyət işçisi, gözəl insan Həsənağa Sadıqov o təklərdəndir ki, yalnız bir alətlə kifayətlənmədi və istedadla zəhməti birləşdirib əsl musiqi bəxş elədi. Belə sənətkarlar Avropada olsaydı indi onlara qeyri-adi istedad sahibi kimi dünyaya tanıdardılar. Axı həm nəfəs, həm simli, həm zərb alətlərində eyni səviyyədə ifa etmək bacarığı olan belə sənətkarlar çox azdır. Bəlkə də yoxdur. Sağlığında bu sənətkara dəyər verək və hamımız deyək ki, "Həsənağa müəllim Siz əbəs yerə yaradıb yaşamamısız". Sizin ifanızı bu günə kimi hər kəs sevib və bundan sonra sevəcək. Siz ən ali sevgiyə layiq bir musiqiçisiz. Siz Azərbaycan xalqına çox lazımsıznız. Allah şəfa versin. Ağır onkoloji xəstəlikdən əziyyət çəkən Həsənağa Sadıqova lazımı olan yardımı edək. Hazırda Həsənağa müəllimin yanındayam. Onu belə vəziyyətdə görmək istəməzdim. Çox pis oldum. Vəziyyəti heç də yaxşı deyil, pisləşməyə doğru gedir. İmkanınız varsa, sizdə dəstək olun (+ 994 55) 877 94 16 Elşən (Həsənağa müəllimin oğlu)".

Bütün xəbərlər Facebook səhifəmizdə