"Jara-2018" festivalının Bakıda keçirilməsi mədəniyyətimizin inkişafı deməkdir" AÇIQLAMA
Bakıda "Jara-2018" beynəlxalq musiqi festivalının keçirilməsinə xalq artisti Mənsum İbrahimov münasibət bildirib. SİA-ya açıqlama verən xanəndə bu festivalın Azərbaycanda baş tutmasının xoşagələn hal kimi dəyərləndirdiyini deyib: ""Jara-2018" beynəlxalq musiqi festivalının Bakıda keçirilməsi təqdirəlayiq addımdır. Bu festivalın ölkəmizdə baş tutması Azərbaycanın xeyrinədir. Çünki sözügedən festivala baxmaq üçün bir çox turistlər Bakıya axın edib. Bu da turzmimizin və mədəniyətimizin inkişafı deməkdir. Mən də istərdim ki, "Jara-2018" beynəlxalq musiqi festivalında iştirak edim".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB