Xalq artisti: ""Jara-2018" festivalının Bakıda keçirilməsi sevindirici haldır" AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Bakıda "Jara-2018" beynəlxalq musiqi festivalı keçirilir. SİA-ya açıqlama verən xalq artisti Bilal Əliyev bu festivalın Azərbaycanda baş tutmasına sevindiyini bildirib: " "Jara" beynəlxalq musiqi festivalının Bakıda keçirilməsi mənim üçün çox sevindirici haldır. Çünki Azərbaycana gələnlər mədəniyyətimizlə, musiqimizlə yaxından tanış olurlar. Ölkəmizi gəzərək, gözəlliyinə aşiq olurlar.
İstərdim ki, "Jara-2018" beynəlxalq musiqi festivalı dünyanın hər yerində təşkil olunsun. Biz azərbaycanlı sənətçilər də həmin festivallarda iştirak edib, musiqilərimizi dünyaya çatdıraq. Mədəniyyətimizi dünyanın hər yerində təbliğ edək. Onu da qeyd edim ki, Azərbaycan sənətçilərində olan səs heç bir dünya ifaçısında yoxdur. Mən dostluğu sevən insanam. Bütün dünyanı qardaşlığa, dostluğu, birliyə çağırıram.
Xüsusi ilə onu da qeyd edim ki, Ulu Öndər Heydər Əliyevin dövründən biz mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı var. Ümummilli Liderin uğurlu davamçısı Cənab Prezident İlham Əliyev də hər zaman mədəniyyət işçilərinə dəstək olur. Buna görə həmkarlarımın adından ölkə başçısına təşəkkür edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB