Hacı Nuran yenidən Bakıya qayıtdı FOTO

Hacı Nuran yenidən Bakıya qayıtdı FOTO

Müalicə üçün Almaniyaya gedən aparıcı Hacı Nuran Hüseynov Bakıya qayıdıb. SİA-nın məlumatına görə, o, ötən gün keçirilən “Jara” beynəlxalq musiqi festivalının qonaqları sırasında yer alıb.

Hacı Nuran Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə fotosunu "İnstagram" səhifəsində paylaşaraq, yenidən qayıtdığını qeyd edib.

Qeyd edək ki, aparıcı bir müddət əvvəl halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Həkimlər ağciyərində şiş tapıldığını bildirib. Hacı Nuran müalicə üçün yenidən Almaniyaya yollanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə