Rusiyalı məşhurlar Azərbaycan rəqsi oynadı VİDEO

Rusiyalı məşhurlar Azərbaycan rəqsi oynadı VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Bakıda “Jara” beynəlxalq musiqi festivalının açılışı olacaq. SİA-nın məlumatına görə, festivalla bağlı bir çox xarici ulduzlar paytaxtımıza gəlib.

Onlar üçün əyləncəli gecə təşkil edilib. Qonaqları Azərbaycan milli geyimində rəqs edən rəqqaslar qarşılayıb.

Müğənni Qriqoriy Leps və Rusiyanın seks-simvolu kimi tanınan Yana Koşkina rəqqaslara qoşularaq, Azərbaycan mahnısına rəqs ediblər.

Onların həmin an lentə alınan videosunu prodüser İosif Priqozhin "İnstagram" səhifəsində paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə