Muraddan sərt sözlər: "Siz içinizin zibilliyində eşələnərkən..."
Müğənni-bəstəkar Murad Arif son günlər onu "yıxıb-sürüyən" məşhurlara cavab verib. SİA-nın məlumatına görə, ifaçı onlara "İnstagram" səhifəsində bu sözləri ünvanlayıb: "Deyirlər ki, “sezonnu” mahnıların kralı - Murad Arif. Siz Allah nə çəkib danışırsınız belə şeyləri? Paxıllıq və xainliyin də məntiqi olar! Siz içinizin zibilliyində eşələnərkən, nəğmələrim insanların tarixçələrinə, dolayısıyla tarixə çevrilir. Hörmətlə, balaca musiqi adamı”.
Qeyd edək ki, M.Arifin bir çox həmkarı Muradın “Oppalara” mahnısını qınayıb. Onlar bəstənin mövsümlük mahnı olduğunu bildiriblər. Əkizlər Sevil və Sevinc Səfərovalar da bu günlərdə bəstə ilə bağlı tənqidlər səsləndirmişdi. Hətta müğənni Lətifə Söyuöz də Muradın son vaxtlar hit yazmadığını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB