Aparıcı Lamiyə Ələkbərovanın başına iş gəlib. SİA-nın məlumatına görə, ötən gün aparıcının evinin qarşısından oğlunun velosipedi oğurlanıb. Lamiyə oğrunun kameraya düşən görüntülərini "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: “Əziz dostlar, bu gördüyünüz şərəfsiz oğrudur. Dünən saat 15:46 radələrində bizim qapıdan oğlumun velosipedini oğurlayıb aparıb. Bu bizim qapıdan oğurlanan ikinci velosipeddir. Biz artıq hüquq mühafizə orqanlarına şikayət etmişik. Bu videonu təqdim etməkdə məqsədim odur ki, siz də ehtiyatlı olun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB