Tolikdən hədə-qorxu: "Məni tənqid edənlər, sizi polisə verəcəm" FOTO

Tolikdən hədə-qorxu: "Məni tənqid edənlər, sizi polisə verəcəm" FOTO

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) "İnstagram"da ona tənqid yazanları hədələyib. SİA-nın məlumatına görə, Tolik sosial şəbəkədə onu təhqir edən bir oğlanın fotosunu paylaşaraq, onu axtardığını yazıb. Daha sonra isə paylaşımını silən prodüser hər kəsə səslənib və xəbərdarlıq edib: "Əziz dostlar, hamınızdan xahiş edirəm, yazdığınınz ittihamlara görə məsuliyyət daşıdığınızı yaddan çıxarmayın. Bəziləri yazır, amma yaddan çıxardır ki, səhifələrində özlərinin, ailələrinin şəkilləri var. Bundan sonra heç kim məndən inciməsin. Mənə dediyi sözlərə görə gələr dövlət qarşısında cavab verər.

Heç kim sahibsiz deyil ki, ağzına gələn ləkəni yaxsınlar. Məni bəyənmirsiniz, canınız sağ olsun. Amma ləkə yaxmaq, təhqir, alçaltma kimi yazıların hamısını “screen” edib aidiyyatı qurumlara göndərəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə