Müğənni Natavan Həbibi 16 il öncə çəkilmiş arxiv görüntülərini üzə çıxarıb. SİA-nın məlumatına görə, ifaçı həmin videonu "İnstagram" səhifəsində paylaşıb.
Görüntülərdə Həbibi ilə yanaşı keçmiş “W-trio” qrupunun solistləri əməkdar artist Röya Ayxan və müğənni Elnarə Xəlilova da yer alıb. Natavan videonu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Baxın, tamaşaçılardan nə gəlib. Səhv etmirəmsə, 2002-ci ildir. Qrup üzvlərinin birgə son çıxışlarından biri. Videonu elə rəqs edən balaca xanımlardan biri göndərib. İllər keçdi amma ikinci belə qrup olmadı ki, olmadı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB