Tolikdən Sevil Sevinc bacılarına: "Namiq sizinlə duet oxusa, ağlı yoxdur" VİDEO

Prodüser-aparıcı (Tarix Əliyev) Tolik "İnstagram"ın canlı efirində Sevil və Sevinc bacılarını biyabır edib. SİA-nın məlumaına görə, o, hətta ifaçıları hədələməkdən də çəkinməyib: "Müğənni Roza Zərgərli ilə Sevil Sevinc bacılarına görə dalaşmışam. Siz dediniz ki, Roza orda-burda arxanızca ağzına gələni danışır. Sizə görə kimlərlə dava etmədim? Hansı oğlanlarla qırğına çıxmadım? Qohumunuzun əlini xəstəxanada kəsdilər. Bütün dünyanı ayağa qaldırdım. Xəstəxananın qapısında qaldım. Niyə bunları danırsınız ? Buna görə də Allah heç vaxt sizə ruzi-bərəkət verməyəcək. Hər zaman xalq artisti Aygün Kazımovanın, əməkdar artist Röya Ayxanın, müğənnilər Sevda Yahyayevanın, Günay İbrahimlinin, Damlanın paxıllığını çəkmisiniz. Ancaq siz elə kafelərin kabinetlərində oturacaqsınız.

Sizə sonuncu dəfə xəbərdalıq edirəm. Bacılar eşitsəm ki, apardığım veriliş, özüm və prodüserlik etdiyim müğənnim haqqında xoşagəlməz söz demisiniz, sizi elnən bir edəcəm. Sevil Sevinc sizinlə dava və söhbət etməyə vaxtım yoxdur. Camaat sizi toya çağıra bilirsə, dəvət etsin. Namiq Qaraçuxurlu sizinlə də duet oxusa, ağlı yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə