Məşhur serialın qəhrəmanı filmi tərk edir

Məşhur serialın qəhrəmanı filmi tərk edir
Türkiyənin "Show" telekanalında nümayiş oluan "Lalə dövrü" serialının qəhrəmanı, Lalə rolunu ifa edən Emina Sandal serialı tərk edir. SİA türk mətbuatına istinadən xəbər verir ki, aktrisanın gedişinin əsas səbəbi ifasına görə tənqid olunmasıdır. İfalarına görə tənqid atəşinə tutulan Emina özü serialı tərk etmək qərarına gəlib. Lakin bundan başqa, serialda Çinar rolunu ifa edən Tolqahan Sayışmanla öpüşmə səhnələri aktrisanın həyat yoldaşı Mustafa Sandalla aralarında problemlərə səbəb olub. Hazırda serialın rejissoru Şükrü Avşar Emina Sandalı qərarından vaz keçirməyə çalışır. Danışıqların həftənin sonunadək davam edəcəyi bildirilir.

Qeyd edək ki, bəzi iddialara görə, Emina Sandal serialı tərk edəcəyi təqdirdə ssenaridə dəyişiklik ediləcək. Lalə doğuş zamanı vəfat etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə