27 sentyabr tarixində Respublikanın xalq artisti Faiq Ağayevin başına gələn qanlı cinayətlə bağlı məhkəmə prosesi keçirilib. Müğənninin mətbuat katibinin SİA-ya verdiyi məlumata görə, xalq artistinə qəsd edən şəxs azadlığa buraxılıb: "Dünən Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun qəbul etdiyi qərara görə, bu il sentyabr ayında Faiq Ağayevə qəsd edən şəxslərdən biri, Seymur Məmmədov barəsində Nəsimi Rayon Polis İdarəsinin həbs qəti-imkan tədbirinin uzadılması haqda qaldırdığı vəsadət təmin olunmayıb. Cəmiyyət üçün birmənalı şəkildə təhlükə yaradan, bundan öncə də dəfələrlə qanun pozuntuları törədən bu şəxsin sadəcə polis nəzarəti altına buraxılması haqda məhkəmə qərarını səhv və məntiqsiz hesab edirik. Nəsimi Rayon Prokurorluğu da bu qərarla bağlı etiraz bildirməyi nəzərdə tutur. Ümidvarıq ki, Bakı Apellasiya Məhkəməsi tərəfindən bu məsələyə baxılanda xalq artistinə qarşı az qala ölüm ilə nəticələnən bu qanlı qəsdin fəal iştirakçısı S. Məmmədov faktiki olaraq azadlığa buraxılması haqqında hakim İ.Şirinovun anlamsız qərarı ləğv olunacaq və cəmiyyət üçün böyük xətər kəsb edən bu şəxs barəsində həbs qəti-imkan tədbiri uzadılacaq, istintaq bitənədək cəmiyyətdən təcrid olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB