Aktrisa Xuraman Əlizadə görkəmini tənqid edənlərə sərt cavab verib. SİA-nın məlumatına görə, aktrisa bir neçə dəfə xəbərdarlıq etsə də, yenə bu halla qarşılaşdığını bildirib: “Bu şəkli niyə paylaşıram? Mən bir dəfə video çəkdim ve paylaşdım ki, mənim çəkimə, köklüyümə və ailəmə nəsə xoşagəlməz bir söz deyən və ya yazan ibrət götürsün, ağzını yumsun. Amma mənliyi olmayanlar, şərəfi bir qəpik olanlar, sözsüz ki, mənim köklüyümə lağ edənlərdən gedir söhbət. Yenə də aşırı dərəcədə yazırlar.
Xoşbəxt olmaq, ay zibillər, arıq kök olmağa baxmır, çəkimi lağa qoyanların başına mənim boyda daş düşsün. Adamın bir vicdanı olar. Dırnağıma, evimə, bişirib paylaşdığım yeməklərə, qab-qacağa lağ edirsiz edin. Amma mənim şəxsiyyətimə, ailəmə əl uzatmayın. Allah bəlanızı verər, bəsdirin.
Nə yandırır sizi? Ailə qurmuşam, bu çəki ilə və ya nə? Nə daş olub düşüb başınıza? Utanın. Ölürsüz, ay bəzi mən deyənlər. Sənət insanlarına rişxənd edirsiz. Amma hərdən başınızı qaldırıb göyə baxın, Allahı tanıyın. Allah bilsin sizinlə. Bircə onu bilirəm ki, mənliyi, şərəfi olan belə alçaq sözlər yazmaz”.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB