İlkin Alisası ilə FOTO

Aysel adlı xanımla ailəli olan "Bozbash Pictures"in aktyoru İlkin Həsəni yeni doğulan qızı Alisa ilə fotosunu "İnstagram" səhifəsində paylaşıb. SİA-nın məlumatına görə, şəkildə aparıcının bacısı qızı Nigar da yer alıb. Aparıcı fotoya "Alisa dünyaya gələndə "Yəqin ki,qızını Nigardan daha çox istəyəcəksən, hə" sualları başlandı... Bu sualların bir cavabı oldu ki, Nigara olan sevgi, istək bambaşqadır və bu sevgi heç bir zaman bitməyəcək. Allah bütün balaları qorusun, olmayanlara da qismət eləsin" sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə