Azərbaycanın xalq artisti Aygün Kazmovanın qızı İlqarə Kazımova gələn ilin mayında 56-cı dəfə keçiriləcək "Eurovison-2011" mahnı müsabiqəsində Azərbaycan adından çıxış etməkdən ötrü milli seçimlərə çox ciddi hazırlaşır. Bəs görəsən xalq artistinin özü övladının bu mötəbər müsabiqədə iştirakına necə münasibət bilirir?
Aygün Kazımovaya çox yaxın olan insanlardan biri, "İctimai Radio"nun baş aparıcısı Kazım Bağırov SİA-ya müğənninin dilindən açıqlama verdi: "Aygün xanım İlqarənin "Eurovison-2011" mahnı müsabiqəsinin milli seçimlərinə qatılmasında iki rakusrdan yanaşır. Öncə özü ilə bağlıdır. Onun dediyinə görə, Azərbaycan hələ "Eurovison"da iştirak etmədiyi vaxtda, daha doğrusu 2003-cü ildə o, bu müsabiqədə iştirak etmək sevdasına düşmüşdü. Amma iş elə gətirdi ki, o, bu istəyini gerçəkləşdirə bilmədi. Qismət oldu ki, qızı bu mötəbər müsabiqədə iştirak etmək üçün səy göstərir. A.Kazmımova kənardan İlqarəyə qızı kimi yox, professional sənətçi kimi baxır. Əgər o, hazırlaşdığı kimi rəqibləri arasında mübarizəyə qoşulsa, mən əminəm istəyini gerçəkləşdirə biləcək. Onun üçün fərqi yoxdur, əslində bu müsabiqədə kim vətənimiz adından çıxış edəcək. Əsas odur ki, seçiləcək iştirakçı Azərbaycanı layiqincə təmsil edə bilsin".
Radio aparıcısının sözlərinə görə, Aygün Kazımova qızının bekvokalı olmağa belə hazırdır: "Aygün xanım dedi ki, mənim qızım əgər "Eurovison-2011" Azərbaycan adından seçiləcək iştirakçı olsa, o, İlqarənin ifa edəcəyi mahnıda bekvokalı oxumağa belə hazırdır. Baxmayaraq ki, o, heç kimin bekvokalı olmağa razı olmaz, amma qızı üçün bunu etməyi üərəkdən hə deyər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB