Bacılar Kənanla Nəsib haqqında nələr dedi?

Bacılar Kənanla Nəsib haqqında nələr dedi?

“Xəzər” telekanalında kadr dəyişikliyi baş verib. SİA-nın məlumatına görə, bu saatlarda telekanalda proqramlar departamentinin rəhbəri vəzifəsində çalışan Kənan Bayramov işindən uzaqlaşdırılıb. Eyni zamanda aparıcı Nəsib Nur da vəzifəsindən azad edilib.

Kənan və Nəsibin telekanaldan uzaqlaşdırılmasına müğənnilər Sevil və Sevinc bacıları "İnstagram" səhifələrində münasibət bildirib: "Kənanı 2007-ci ildən tanıyırıq. Onunla aramızda çox incikliklər olub. Amma Kənanı özümüzə dost hesab etmişik. Kənan Bayramov bizə hər zaman sərt səsələnsə belə düz yol göstərib və deyib ki, "Məndən yaxşı bilirsən ki, hər bir işin sonu olur". K.Bayramov Allah sənə daha böyük uğurlar nəsib etsin. Nəsib Nur, sənə də bol uğur arzu edirəm".

Qeyd edək ki, Nəsib Nur “Xəzər” FM-də direktor vəzifəsində çalışırdı. Daha sonra o, yeni yaradılan “Dalğa” TV-yə yaradıcılıq üzrə rəhbər təyin edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə