Müğənni Bodrum küçələrində disklərini sevənlərinə payladı FOTOLAR
Türkiyəli müğənni Yıldız Tilbe istirahət üçün Bodruma üz tutub. SİA-nın türk mətbatına istinadən verdiyi məlumata görə, ifaçı rəfiqələri ilə görüşmək üçün Bodrumda qaldığı oteldən çıxmaq üçün avtomobilə əyləşmək istəyib. Lakin sənətçinin bu arzusu ürəyində qalıb. Belə ki, onu sevənlər əhatəyə alaraq, şəkil çəkdirmək istəyiblər.
İfaçı da öz növbəsində pərəstişkarlarına qarşı xoşagələn addım atıb. O, avtomobilinin yük yerini açaraq, sevənlərinə disklərini paylayıb.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB