Nigar, Eldar və Ranar Türkiyədə liftdə qaldı VİDEO

Nigar, Eldar və Ranar Türkiyədə liftdə qaldı VİDEO

“Eurovision 2011” qalibləri Nigar Camal, Eldar Qasımov və aparıcı Ranar Musayevin Türkiyədə başına iş gəlib. SİA-nın məlumatına görə, İstanbulun məşhur otellərindən birində dincələn məşhurlarımız ötən gün liftdə qalıblar.

Nigar və Ranar bu vəziyyətdə zarafat edib, əylənməyə çalışsa da, Eldarın halı pisləşib. Bir müddətdən sonra işçi heyəti onların çıxarılmasına yardım edib.

Bunla bağlı videonu Ranar "İnstagram" səhifəsində paylaşıb. İzləyicilər görüntüləri maraqla qarşılayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə