İkinci ərindən də boşanan Sevda: "İnsan büdrəyə-büdrəyə bərkiyir"

İkinci ərindən də boşanan Sevda: "İnsan büdrəyə-büdrəyə bərkiyir"

Xəbər verdiyimiz kimi, müğənni Sevda Sanəliyeva ikinci həyat yoldaşından da ayrılıb. SİA-nın məlumatına görə, ifaçı "İnstagram" səhifəsində pis günündə bir çox dostunun ona dəstək olmamasından yazaraq, gileylənib: “Mənim üçün narahat olan, pis olan və çətin günümdə məni heç yada salmayan, üstəlik sevinənlərə də minnətdaram. Bunu görməyim yaxşıdır. İnsan büdrəyə-büdrəyə bərkiyir. Əsas Allah hər kəsin ürəyinə görə versin. Şükür ki, günəş yenidən çıxdı. Allaha sığınmaq, ondan xeyirlisi istəmək ən gözəli imiş”.

Qeyd edək ki, S.Sanəliyeva ikinci dəfə Cəmil adlı şəxslə ailə qurmuşdu. Onun birinci nikahdan oğlu, ikincidən isə qızı dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə