Aparıcı İradə İsak sosial şəbəkədə bir müddət əvvəl oğlunu itirən əməkdar artist Zöhrə Abdullayevadan yazıb. SİA-nın məlumatına görə, aparıcı ifaçı haqda bu sözləri qeyd edib: “Sənətkarımız Zöhrə Abdullayevanın oğlunun 40 mərasiminə getmişdik. Mən onu tanımadım. Onunla tez-tez görüşən mən... Dərd adamı necə dəyişər? Bir aya 10 kiloqram itirib. Zöhrə xanım, Allah sizə kömək olsun, səbr versin. Ürəyim parça-parça oldu. Tək övladını itirib. Necə sızlamasın? “Mənim üçün həyat bitdi” deyir. Ovutmaq mümkün deyil. Nə deyim bilmədim. Allah rəhmət eləsin, səbr versin”.
Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən rəhmətə gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB