Rəqsanə Eltonu məhkəməyə verir: “...hələ bir məni təhqir etməyə də cürət edir”- QALMAQAL
Son günlərdə biabırçı şəkildə qarşı-qarşıya gəlib münaqişə edən müğənni Rəqsanə İsmayılova ilə Elton Hüseynəliyev arasındakı münaqişə məhkəmə prosesi ilə nəticələnəcək. Eltonun ona böyük məbləğdə pul borcu olduğunu iddia edən Rəqsanə keçmiş duet ortağını məhkəməyə verəcək. Bu barədə SİA-ya müğənni Rəqsanə məlumat verib: "Eltonun mənə 14 min manat borcu var. Bunu nəzərə almamaqla yanaşı o, hələ bir məni təhqir də etməyə cürət edir. Gələn həftə məhkəməyə və hüquq-mühafizə orqanlarına müraciət göndərəcəyik. Məhkəməyə borcun qaytarılması və mənim şərəf və ləyaqətimin müdafiəsi ilə bağlı şikayət olunacaq. Hüquq-mühafizə orqanlarına ediləcək müraciət isə Eltonun mənə hədə-qorxu gəlməsi ilə bağlıdır".
Rəqsanə bildirib ki, məhkəməyə müraciətdə Eltonun Rəqsanədən üzr istəməsi və mətbuatda yaydığı məlumatlara dair təkzib verməsi istəniləcək. Qeyd edək ki, iki müğənni arasında olan başlayan münaqişə Eltonun həyat yoldaşı Tamila Hüseyəliyevanın Rəqsanəni təhqir etməsi ilə başlayıb. Həmkarlar aylar öncə çox gözəl münasibətlərdə idilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB