Belə getsə duet oxuyan Azərbaycan müğənniləri sırasına daha bir cütlük qoşulacaq. Söhbət iki populyar müğənnidən - Qırğızıstanın əməkdar artisti Aslan Hüseynov və şıltaqlığı ilə əksər şou-biznes nümayəndələrindən seçilən müğənni Səidə Sultandan gedir. Təşkil olunan məclislərin birində cütlüyün çox şirin söhbət etidyinin şahidi olub, ağlımızdan başqa fikirlər keçirməyə başlayırdıq ki, Aslan özü SIA-nı qabaqladı: "Bilirəm, ilk sualınız Səidə ilə aramızdakı münasibət haqda olacaq. Mən deyim, bilməyənlərə də agah olsun ki, bizim dostluğumuz uzun illərə söykənir. Sadəcə söhbət edirdik ki, nə üçün bu vaxta kimi birlikdə hansısa layihəni gerçəkləşdirməmişik. Səidənin səs tembri çox fərqlidir. Məncə biz istəsək maraqlı duet ərsəyə gətirməyə müvəffəq olarıq".
Həmkarından gözlənilən təklifini dəyərləndirəcəyinə söz verən Səidə isə "gərək mahnı seçimini də Aslan etsin" - deyib bütün məsuliyyəti öz üzərindən kənara çəkdi. İndi qalır bu cütüyün nə vaxt qərar verib, duet oxuyacaqları günü gözlmək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB