Ölüm xəbəri yayılan Hacı Nuran: "Hələ sağam, ölməmişəm"

Ölüm xəbəri yayılan Hacı Nuran: "Hələ sağam, ölməmişəm"

Xərçəngdən əziyyət çəkən aparıcı Hacı Nuran Hüseynovun ölüm xəbərini yayıblar. SİA-nın məlumatına görə, Hacı Nuran məsələ ilə bağlı "İnstagram" səhifəsində münasibət bildirib: "Hələ sağam, ölməmişəm. Bunu kim yayıb?”.

Qeyd edək ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən aparıcının bu günlərdə halı yenidən pisləşib. Ağciyərində şiş tapılan Hacı Nuran müalicə üçün Almaniyaya yollanıb. O, hazırda Almaniyada klinikada müalicəsini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə