Aydın Xırdalanlı: "Dişlərim xarab olub, yemək yeyə bilmirəm" VİDEO

Aydın Xırdalanlı: "Dişlərim xarab olub, yemək yeyə bilmirəm" VİDEO

Meyxanaçı Aydın Xırdalanlı verilişlərin birində son günlər gündəmdən düşməyən arıqlama xəbərlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, ifaçı bunları deyib: "Həmişə gülürəm, amma birdən əsəbləşirəm. Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm keçdim. Bir dəfə də çəkdilər, yenə güldüm keçdim. Ondan qabaq da arıqlamışdım da. Onun heç söhbətini etmədilər. Kökəldim, hətta toyda nə otura, nə nəfəs ala bilirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm. Mənimlə nə işiniz var, qoy oturmuşuq. 67–77 kiloqram arasında olmuşam adətən. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı yeməkdən həvəsdən düşürəm. Diş əkdirməyi düşünürəm. Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm uzatmayın. Bu mənim şəxsi həyatımdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə