Samiraldo illər sonra bacısını tapdı? AÇIQLAMA-FOTO

Stilist Samiraldo həmkarı Ruxa Əliyeva ilə "İnstagram"da fotosunu paylaşıb. Bir neçə xəbər saytları həmin stilist xanımın Samiraldonun bacısı olduğunu iddia ediblər.

Məsələ ilə bağlı olaraq, Samiraldo SİA-ya açıqlama verib: "Ruxa ƏIiyeva ilə sosial şəbəkədə birgə çəkdirdiyimiz fotomuzu yayımlayaraq, "Əziz bacım, dostum" şərhini yazdım. Amma bu o demək deyil ki, Ruxa xanım mənim doğma bacımdır. Xanım Əliyeva ilə sadəcə olaraq həmkarıq. Lakin sözügedən stilisti çox istəyirəm. Çox bacarıqlı xanımdır. Onu da qeyd edim ki, Ruxa Əliyeva xalq artistləri Aygün Kazımovanın və Brilliant Dadaşovanın stilistidir".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə