Müğənni Şəbnəm Tovuzlu verilişlərin birində ilk evliliyindən söz açıb. SİA-nın məlumatına görə, ifaçı proqram zamanı hər kəsin marağına səbəb olacaq etiraflar edib: "İlk evliliyimdə qoşulub qaçmışdım. Gözəl ailəyə düşmüşdüm. Oğlanın gözəlliyinə aldanmışdım.17 yaşda sevgi olmur. Biz ayrılanda hər ikimiz övladımızı çox sevdiyimiz üçün problemimiz oldu. Övladımı ağlayıb almışam. Oğlanla 10 yaş fərqimiz var idi. Qarşı tərəfə başa saldım ki, övlad birtərəfli böyüməlidir. Mən övladlarım üçün ölərəm”.
İfaçının verilişdən olan görüntüləri "İnstagram"da yayılıb. İzləyicilər Şəbnəmin bu etirafına xoş qarşılamayıblar. Hətta Əsədovanı tənqid ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB