Azərbaycanlı müğənnilər dünyasını dəyişən həmkarlarının ruhuna mahnı ithaf etdilər - FOTO

Azərbaycanlı müğənnilər dünyasını dəyişən həmkarlarının ruhuna mahnı ithaf etdilər - FOTO
Azərbaycanın populyar rep-qrupu "Klan-A-Plan" və digər tanınmış müğənnilər "Klan-A-Plan"ın dünyasını dəyişən üzvü Rüfət Afəndiyevin xatirəsinə həsr olunan "Səninlə" adlı mannını birlikdə yazdırıblar.

SİA-nın məlumatına görə, mahnının ərsəyə gəlməsində Roza Zərgərli, Rəhim Rəhimli, Sahib, Zaur Əmiraslanov, Uran, Jay Meel, telejurnalist Ramin İbrahimov, Elmir (Dəyirman), Teoram və "Klan-A-Plan" qrupu iştirak edib.

Qeyd edək ki, yaxın günlərdə sözügedən kompozisiyaya klip çəkiləcək. Bundan başqa musiqiçinin ölümündən sonra əldə etdikləri mahnılar albom şəklində təqdim olunacaq.

Rüfət ay yarım öncə, ürək xəstəliyindən vəfat edib. İstedadlı musiqiçi "Rayder" ləqəbi ilə tanınırdı, o rep-treklər, pop-musiqilər yazırdı, bir çox Azərbaycan musiqiçiləri Rüfətin musiqilərinə müraciət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə