Dünən paytaxt restoranlarının birində Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, mərhum Səxavət Məmmədovun oğlu Bəxtiyar ailə həyatı qurub. SİA-nın məlumatına görə, Bəxtiyarın gerçəkləşən toyu özündə milliliyi əks etdirən yüksək səviyyəli mərasim olub. Belə ki, bəylə gəlin "Vağzalı" sədaları altında məkana vaxtında buyuraraq, öncə "Nikah haqqında Şəhadətnamə"ni qəbul ediblər və evlilik sənədlərini imzalayıblar. Ardınca şərbət masasına yaxınlaşaraq şərbətdən dadıblar. Daha sonra milli geyimlərdə olan rəqqasələrin əhatəsində rəqs ediblər. Toy mərasimi dahi bəstəkar Üzeyir Hacıbəyovun "Üvertüra"sının səslənməsi ilə açılıb.
Azərbaycanın xalq artisti İlham Əsgərovun aparıcılığı ilə toy qonaqlara xoş əhval-ruhiyyə bəxş edib. Üstəlik ustad xanəndə Arif Babayevin ilk çıxışı hər kəsin zövqüncə olub.
Toy zamanı bəyin əmisi, Azərbaycanın xalq artisti Firuz Səxavət qardaşı oğlunu təbrik edərək insan ruhuna xoş təsir edən "Segah" muğamını ifa edib. Bundan əlavə, Bəxtiyarın uşaqlıq illərindən başlamış bugünkü yaşına qədər həyat yoluna həsr olunmuş 5 dəqiqəlik videoçarx nümayiş olunub. Videoçarxda Bəxtiyarın uşaqlıq illəri, televiziyada aparıcısı olduğu verilişlər və "Yuxu" filmindəki Bədəl rolu da yer alıb.
Qeyd edək ki, toy mərasimində bəyin hazırda çalışdığı Xarici İşlər Nazirliyindən iş yoldaşları, Fövqaladə Hallar Nazirliyindən olan dostları, tanınmış simalar və sənətkarlar – Arif Babayev, Cabir Abdullayev, meyxanaçı Vüqar, Ramiz Əzizbəyli, Allahverdi Yolçuyev, Xəyalə Manaflı və başqa sənətçilər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB