Dünən paytaxt restoranlarından birində "Xalq ulduzu" mahnı müsabiqəsinin iştirakçısı Gülay və idmançı Kamilin toy mərasimi baş tutub. SİA-nın məlumatına görə, qonaqlı-qaralı keçən toyda tamada missiyasına öz üzərinə Murad Arif götürüb. Mərasimin aparıcı müğənnisi isə Gülayın yaxın dostu, "Xalq ulduzu 1"in qalibi olan Eldəniz Məmmədov idi.
Şou-biznes nümayəndələrinin toplaşdığı yığıncaqda, gözümüzə az sayda müğənni dəydi. Onların sırasında əməkdar artist Elza Seyidcahan, müğənnilər Lalə Məmmədova, Nadir Qafarzadə, Xatirə İslam, Elnur Məmmədov və digər adıçəkilən ifaçılardan populyarlıq baxımından bir addım geri qalan "Xalq ulduzu"nun bir çox iştirakçıları. Toyda ən çox oynayan da məhz elə müğənnilər oldu. Elnurla Xatirə isə dayanmadan rəqs etdilər. Gələn müğənni qonaqlardan ilk olaraq Xatirə İslam öz təbrikini bildirdi.
Mərasimin ən yadda qalan hadisəsi bəyin qonaqlar qarşısında ən sevdiyi müğənninin məhz Gülay olduğunu dilə gətirməsi oldu. Kamil söz verdi ki, ömrünün sonunadək ən çox dinlədiyi musiqilər məhz Gülayın ifasında olacaq. Gülay da öz növbəsində bəyə öz hədiyyəsini etdi. O, məhz Kamil üçün yazılan "Röyamdasan" adlı mahnını ifa etdi. Həzin musiqi sədaları altında oxuya-oxuya rəqs edən cütlük olduqca xoşbəxt görünürdülər. Gülay gəlinlik libasında da mikrafonunu əlindən yerə qoymadı.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB