Flora Kərimovanın İlhamə Quliyevaya qarşı tələbinə son qoyuldu
İki xalq artisti İlhamə Quliyeva və Flora Kərimova arasında olan dava yenidən gündəmə gəldi. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərinin SİA-ya verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikası Ali Məhkəməsində "Türk dünyasının sənət kraliçası" İlhamə Quliyevanın kasasiya şikayəti təmin edilib, Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və işə Ali Məhkəmədə baxılaraq qərara alınıb ki, xalq artisti Flora Kərimova qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edə bilməz. Bununla da Flora Kərimovanın bir il davam edən qarşılıqlı iddia tələbinə son qoyulub.
Xatırladaq ki, İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.
Xatırladaq ki, İlhamə Quliyevanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 14 saylı hüquq məsləhətxanasının vəkili Şəfiqə Nağıyeva müdafiə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB