"Maşın"dan əlini götürüb gedən aktrisa Pərvin Abıyeva "İnstagram" səhifəsində şou haqqında təəssüratlarını bölüşüb. SİA-nın məlumatına görə, aktrisa sosial şəbəkədə bu sözləri yazıb: "Məni bu günə qədər çox dəstəklədiniz, 5 nəfərə qarşı olanda tək qoymadınız, səslər göndərdiniz. Amma mən daha sizdən səs istəyə bilməzdim. Var olun, sizi çox sevirəm. Gələk oyuna... Özümü getməyə o qədər hazırlamışdım ki, hətta sonda deyəcəyim sözləri belə fikirləşmişdim. Bilmirəm Roza xanım hansı verdiyi sözdən, hansı dostluqdan danışırdı. Amma bir onu bilin ki, mənim orada dostum yox idi, sadəcə düzgünlüyə oynadım. Sonra əlimi götürdüm. Çünki getmək istəyirdim. Uranın hədəfi sona qədər mən idim. Onun əli ilə yox, məhz öz əlimlə getmək istədim və buna da nail oldum. Onsuz da məni çıxaracaqdı. Əsas başı dik çıxdım adım çəkilmədən. 5 günlük mübarizəm, açdığım üzlər bu gün özünü göstərdi.
Aytən xanıma deyilən söz isə yanlış anlaşılmasın. “Çəkin qədər üzün var” deyərkən, əsla onun çəkisi nəzərdə tutulmamışdı. Ağırlıq demək istədim, həyəcanıma verin. Məhz təhsilinə, savadına, dünya görüşünə görə idi. İstənilən halda bu oyun idi və mənim də məqsədim bu günə qədər gəlib öz missiyamı yerinə yetirmək idi.
Mən o maşını yox, itirdiyim reputasiyanı geri qaytarmaq istəyirdim. Tək mübarizəmi apardım və tək çıxdım. Heyif ki, mən əlimi götürdüm, amma Aytən yenə çıxarıldı. Kaş ki, mübarizə sabah davam edərdi. Oldu keçdi".
Pərvinin özü istəyi ilə "Maşın" realiti şousundan getməsinə məşhurlar dəstək olub. Onlar da hisslərini sosial mediada bölüşüblər.
Aktyor Cavidan Novruz aktrisa ilə birgə çəkilmiş şəkli paylaşaraq bu sözləri yazıb: "Qara pələngim, panteram mənim, oradakılara və bəzilərinə kişilik dərsi keçdin".

Rejissor Kənan M.M. də Abıyevanın addımını alqışlayıb: "Mənim dişi aslanım, birdənəsən, düz elədin. Aslanlar tək-tək gəzər. Pərvin Abıyeva sən 100000000 kişiciklərə dəyərsən. Hər kəsə sənin kimi mərd dost arzu edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB