Aytən: ""Maşın" şouda gədə-güdələr qaldı" VİDEO

Aytən: ""Maşın" şouda gədə-güdələr qaldı" VİDEO

“Maşın” realiti şoudan çıxarılan aparıcı Aytən Səfərova açıqlama verib. SİA-nın məlumatına görə, Aytən finala qalan iştirakçıları təhqir edib: "Roza əvvəldən hər şeyi planlamışdı. Mən sonradan, oyunun içində bildim. Azər Axşam, Əli Mirəliyev onun əli ilə getdi. Burada tülkü yoxdur, buradakılar çaqqaldır, ona görə də bir yandan baxanda, getməyimə sevinirəm, yaxşı bir dərs qazandım".

Səfərova "Sizcə, finalda güclü və zəif iştirakçılardan kim qaldı" sualına belə cavab verib: "Burada güclü-zəif yoxdur. Burada hiyləgər, namərd, nadürst, arvad sözü ilə durub-oturan, "mama"sının sözünə görə "papa"sının dalına vuran gədə-güdələr qaldı".

Bütün xəbərlər Facebook səhifəmizdə