Bloqqer Hüseyn Əzizoğlunun “Maşın” şoudan əməkdar artist Abbas Bağırovu uzaqlaşdırması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, izləyicilərin əksəriyyəti bloqqerin bu addımını qınayıb, onu təhqir ediblər. Əzizoğlunun addımına etiraz edənlər arasında şou-biznes nümayəndələri də yer alıb.
Müğənni Natavan Həbibi: "İyrənc və şərəfsiz bir oyun idi. Kişi və ya qadın, fərqi yoxdur. İnsan olduğunu unutmaq olmaz. Dəyərlər şərtlərə görə dəyişməməlidir. Bu dərəcədə satqınlıq, bu yaşda! Aldanan tamaşaçı oldu. Əminəm, elə tamaşaçı da öz cavabını verəcək. Oyunu quranlar da, oynadanlar da uduzdu. Şounun nəticəsindən asılı olmayaraq yaddaşlarda bu günün çirkin oyunu qaldı”.
Müğənni Rahidə Baxışova: "Can Abbas, dünən mənim ürəyim gəlmədi sənə bunu edim. Sənə isə hörmətim artdı”.
Müğənni-bəstəkar Murad Arif: "Heç biri ilə tanış deyiləm. Bu oğlan çox eybəcər söhbətlər edir. Pərvinin dostu kimdir, imkanı nədir… Kİmə nə? Pərvin daha mərdanə danışır”.
Aparıcı Günel Hümbətova: “Belə cır oğul yetişdirənlərin halına çox acıyıram. Təəssüf ki, sayları az deyil”.
Qeyd edək ki, Hüseyn Əzizoğlu "Maşın" realiti şousunda müğənni Roza Zərgərliyə ana, Abbasa isə ata deyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB