Əli Mirəliyevin sözləri Rühəngiz Musəvini xəstəxanalıq etdi VİDEO+FOTOLAR
“Maşın” realiti-şousunda əməkdar artist Rühəngiz Musəvi ilə müğənni Əli Mirəliyev arasında gərgin anlar yaşanıb. SİA-nın məlumatına görə, avtomobildə yol gedərkən onların sözləri çəpləşib. Əli müğənniyə “70 yaşında mənə rişxənd edir. Mənə ağıl öyrədirsən. Gecikmisən ey...”, sözlərini deyib.
Onun bu sözləri R.Musəvinin özündən çıxarıb. Xanım ifaçı qışqıraraq və ağlayaraq "Mən Əlinin belə zarafatlarını qəbul etmirəm. Əşyalarımı yığıb gedirəm. Məni evə yollayın. Ad qazanmışam, pula görə əyilmərəm. Mən şou adamı deyiləm”.
R.Musəvinin halı pisləşib və təcili yardım gəlib. Müğənni daha sonra sözlərinə bunları əlavə edib: “Hamı məni sakit görür, amma anormal deyiləm əsəbim var. İnsanlar var onu olduğu kimi qəbul edirlər. Əli də mənim xasiyyətimi bilir, götürmürəm. Başqaları öyrəşib ona, amma mən yox”.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB