Nəzakət Teymurova sevənlərə xoş xəbər AÇIQLAMA

Nəzakət Teymurova sevənlərə xoş xəbər AÇIQLAMA

Xalq artisti Nəzakət Teymurova konsert verəcək. SİA-ya bu haqda sənətçinin özü açıqlama verib: "İyunun 20-də Yaşıl Teatrda tamaşaçılarım üçün konsert verəcəm. Budəfə ki, konsertimdə tam fərqli repertuarla çıxış edəcəyəm. Belə ki, dinləyicilər, demək olar ki, heç vaxt ifa etmədiyim mahnıları eşidəcəklər. Konsertdə ifa edəcəyim mahnıların əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə və Flora Kərimovanın repertuarından bəstələr və aşıq bəstələri olacaq. Səhnədə 15 nəfərlik heyətlə çıxış edəcəyik. Bu vaxtadək bir çox konsertlərim və kamera orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Nostalji mahnılar yeni tərzdə təqdim olunacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə