Qəzaya düşən Eltonun xanımından AÇIQLAMA

Qəzaya düşən Eltonun xanımından AÇIQLAMA

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb. Sənətçinin idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, "İnfiniti" markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

Sənətçinin həyat yoldaşı Tamilla xanım SİA-ya açıqlama verib: "Hazırda Elton 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Vəziyyəti normaldır. Onu müayinə edən həkimlər heç bir problemin olmadığını dedilər".

Qeyd edək ki, hadisə səhər saatlarında baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə