“Safura kimi səhnədən fitə basılaraq “Eurovision”a getməkdənsə, Next kimi alqışlarla səhnədən düşmək yaxşıdır” - QALMAQAL
İTV-də yayımlanan "Eurovision-2011" mahnı yarışmasının Azərbayacan üzrə seçim turlarında baş verən qarışıqlığa 5 gün sərasər səsvermədə favorit olan 4 yaraşıqlı oğlandan ibarət NEXT qrupunun mətbuat xidməti aydınlıq gətirib.
Mətbuatda NEXT qrupunun Çingizlə dava etməsi barədə yazılanlara etirazını bildirən qrup rəhbəri Hüseyn Cavadzadə SİA-ya açıqlamasında bu sözləri deyib: "Öncə biz Çingizi təbrik edirik. Dünən onu səhnədə təbrik etməməyimizin səbəbi Çingizə deyil, təşkilatçıların nəticələri saxtalaşdırmasına etirazımız idi. O, həqiqətən də istedadlı ifaçıdır. NEXT-in Çingizə münasibətli heç zaman pis ola bilməz. Çünki, biz istedadlılara hər zaman hörmət edirik. O ki qaldı müsabiqəyə, məlum olduğu kimi NEXT tamaşaçıların istəyi və səsverməsində davamlı olaraq daha çox səs topladığı üçün öndə idi. Hər bir çıxış münsiflərdə əyləşən xalq artistlərinin bəzilərinin üzləşmədiyi görünməmiş ajiotaja və geniş fanat kütləsinin rəğbətinə səbəb olurdu. Biz hər gün canlı oxumaqla yanaşı həm də digərlərinin göstərmədiyi səhnə şousu nümayiş etdirirdik. Təbii ki, səhnənin balaca olması və 4 mikrofon məsələsi hər gün problemlərə səbəb olurdu. Bu isə təşkilatçıların qeyri-peşəkar yanaşmalarından xəbər verirdi. Ancaq bütün bunlar bir yana məni ən çox düşündürən bir sual var. Maraqlıdır, nə üçün son anda sms səsverməsinin nəticələri ictimaiyyətə elan olunmadı? Lakin biz bilirik ki, sonuncu dəfə də NEXT iki qat üstünlüklə ən çox səs toplamışdı. Sözsüz ki, münsiflər heyətinin səsverməyə 50/50 təsirindən də yaxşı xəbərdarıq. Daha bir sual yaranır. Bəs münsiflərdə əyləşənlər kimlər idi? Məncə, orada o yerə layiq olmayanlar da əyləşmişdi. Məsələn, Zülfiyyə Xanbabayeva kimi ölkədən kənara çıxa bilməyən, 2 mahnını canlı ifa edə bilməyən birinin bu cür səsverməsi normaldır. NEXT qrupu bir yana, əgər həqiqətən də burada istedada və səsə qiymət verilirdisə, o zaman Zülfünaz Rəcəbova, Aygün İsmayılova kimi güclü səs diapozonu olanlar niyə son yerlərdə idi? Sözsüz ki, NEXT müsabiqədə piar olunmaq üçün iştirak etmirdi. Əgər biz bilsəydik ki, belə olacaq, heç əvvəlcədən təklifi qəbul etməzdik. NEXT üçün dünya arenasına çıxmaq nə problemdir, nə də ki, xəyal. Hamı da bilir ki, bizim müxtəlif ölkələrdə anşlaqla keçən konsertlərimiz baş tutub. Məhz milli seçimlərdə iştirak etmək üçün isə bir müddətlik 3 ölkənin təklifindən imtina etdik. Biz NEXT olaraq təşkilatçıların qondarma oyunlarına fon ola bilmərik. Onu da qeyd edim ki, ölkəmizin "Eurovision" üzrə koordinatoru Zəhra Bədəlbəyli müsabiqədə tapşırığın rol oynayacağını demişdi. Lakin bunun sonrakı mərhələlər üçün nəzərdə tutulduğunu düşünürdük. Bizim narazılığımız qeyri-peşəkar təşkilatçıları və Zəhra Bədəlbəyli kimi Azərbaycan mədəniyyətinin taleyini öz şəxsi maraqlarına qurban verən şəxslərlə ola bilər. Amma biz heç də ruhdan düşmürük. Bundan sonra da Azərbaycanı beynəlxalq arenada təmsil etməyə davam edəcəyik. Keçən il Səfurə kimi seçimlərdə səhnədə fitə basılaraq, "yox" səsləri ilə təmsil etməkdənsə, tamaşaçı sevgisi və xeyir-duası ilə səhnədən düşmək daha xoşdur" deyə H.Cavadzadə söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB