Xatirə jurnalistlərdən gileyləndi VİDEO

Xatirə jurnalistlərdən gileyləndi VİDEO

Müğənni Xatirə İslam son günlər verdiyi qalmaqallı açıqlamaları ilə gündəmi alt-üst edib. SİA-nın məlumatına görə, ifaçı dediyi sözləri həmkarlarına düzgün çatdırmayan jurnalistləri qınayıb. O, "İnstagram" səhifəsində bəzi media mənsublarına səslənib: "Son zamanlar verdiyim müsahibələrdən sonra bəzi jurnalistlər haqqında danışdığım həmkarlarıma zəng etməyə başlayıblar. Barəmdə mənə qarşı xəbərlər yazılar. Gəlin, ifaçıları qalmaqal sürükləməkdənsə, onları bu gözəl yay havasında yeni-yeni mahnılar oxumaqlarına şərait yaradaq. İmkan verin ki, sənətçilər verilişlərin formatına uyğun olaraq, ürəklərində olan balaca inciklikləri müğənni dostlarına çatdıra bilsinlər. Bunu qalmaqala çevirmək lazım deyil. Bəzi jurnalistlər proqramlarda çox istədiyim müğənni dostum haqqında etdiyim zarafatdan xəbər yazır və həmin məlumata kobudcasına başlıq qoyur. Bunlara ehtiyyac yoxdur. Çünki həmin ifaçı məni çox gözəl tanıyır".

Bütün xəbərlər Facebook səhifəmizdə