Aparıcısı Murad Dadoşovun olduğu "Maşın" şouda bu dəfə səsverməyə aktyor-müğənni Cavidan Novruz çıxıb. SİA-nın məlumatına görə, o, səs toplayacağı təqdirdə verilişin sonunda yallı oynayacağını deyib və şou ərzində xanımlarla cənabların mübarizəsini nümayiş etdirəcəyini bildirib.
Açıq mübarizə aparan Cavidan oyundan aparıcı Aytən Səfərovanı uzaqlaşdıracağını vurğulayıb.
Hədəf olduğunu qabaqcadan hiss etdiyini vurğulayan Aytən, sonradan "Anladım ki, burada qurulan oyunun qurbanıyam" deyib.
Sonda 17,98 faiz səslə Novruz şounu özü tərk etməli olub.
Qeyd edək ki, hazırda şou aparıcılar Mətanət Əliverdiyeva, Aytən Səfərova, blogger Hüseyn Əzizoğlu, əməkdar artistlər Abbas Bağırov, Rühəngiz Musəvi, müğənni Roza Zərgərli, Əli Mirəliyev, Rahidə Baxışova, Uran, aktrisa Pərvin Abıyeva ilə davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB