120 min dollarlıq maşın sürən Şəbnəm: "Siz də alın, siz də sürün"

120 min dollarlıq maşın sürən Şəbnəm: "Siz də alın, siz də sürün"

Müğənni Şəbnəm Tovuzlunun 120 min dollarlıq "Bentley" markalı avtomobil alması müzakirələrə səbəb olub. SİA-nın məlumatına görə, ifaçı bu haqda danışaraq, söz-söhbətə son qoyub: ""Bentley" markalı maşının nə böyük qiyməti var? Ərim avtomobilimi almağa çox böyük dəstək oldu. Belə ki, onun köməkliyi ilə yeni maşınımı əldə etmək üçün 60 min dollar nəğd ödədim, 60 min dollar pulu isə kredit götürdüm. Maşınımın kreditini də ərimlə birgə pul qazanıb, ödəyəcəyik. Belə də ki, buna görə heç kim məni qınaya bilməz. Çünki başqası deyil ki, ərimdir. Kənar şəxsin həddi çatmaz ki, mənə bir çöp belə hədiyyə etsin. Onu da qeyd edim ki, əgər biz müğənnilər 4-5 min manata toylara gediriksə, niyə də bahalı avtomobil idarə etməyək?! Siz də alın, siz də sürün”.

Bütün xəbərlər Facebook səhifəmizdə