Nigardan onu tənqid edənlərə sərt cavab

Nigardan onu tənqid edənlərə sərt cavab

Müğənni Nigar Camalı sosial şəbəkədə qınayıblar. SİA-nın məlumatına görə, ifaçı elə onlara "İnstagram" səhifəsində cavab verib: "Yaxınlarım hər zaman məni qınayırlar ki, niyə "İnstagram"da mənə yazılan şərhlərə cavab verirəm? Niyə gülməli çarxlar paylaşıram? İnsanlar bunu başa düşmürlər. Soyuq olmaq lazımdır. Mənə deyirlər ki, ancaq iş prosesindən, qlamur, super fotolar paylaşmalısan. Bəlkə də onlara qulaq asmalıyam. Amma insanların fikirləri mənim üçün önəmlidir. Onlarla ünsiyyətdə olmaq, fikirlərini bölüşmək maraqlıdır. Bezdirici olanlar, əsəbi insanları isə rəfiqəm dediyi kimi “uç bloka” edirəm və yaxşı yol deyirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə