10 yaşlı müğənni Müslüm Maqomayevin davamçısı olmağa iddialıdır- FOTO
10 yaşlı Yasin Həsənov "Vətənim" adlı ilk klipini mətbuat nümayəndələrinə təqdim etdi. SİA-nın məlumatına görə, İctimai Televiziyanın təşkilatçılığı və dəstəyi ilə hazırlanan klip adından da məlum olduğu kimi vətənpərvərlik mövzusunu əks etdirirdi. Son vaxtlar kiçik yaşlardan musiqiyə, səhnəyə meyl göstərənlərdən fərqli olaraq Yasin sənət aləminə ciddi yanaşdığını və bu üzdən ilk klipini də məhz vətənpərvərlik mövzusunda çəkilməsini istəyib.
"Vətənim"in sözləri şair Vahid Əzimə, musiqisi İlham Abdullayevə məxsusdur. Mahnının sözlərində Yasinin dili ilə vətənə müraciət ünvanlanır. Kiçik olmasına baxmayaraq vətənini sevdiyini deyən Yasin "Yaşım kiçikdir, əlimə silah alıb vuruşa bilməsəm də, bayrağımı həmişə yüksəklərdə tutmağa çalışıram" deyir. Dərslərində əla olan, idmanda uğurlar qazanan, musiqi sahəsində böyük müsabiqələrin qalibi olan kiçik yaşlı qəhrəman bu əməlləri ilə vətəninə olan borcunu ödəməyə səy göstərir. Əslində klipin süjet xəttində də məhz bu motiv üstünlük təşkil edir. Rejissor Sirac Mustafayev klipin süjetində maraqlı məqamdan istifadə edərək ideya xəttini bir qədər də dolğun təqdim etməyə nail olub. Yasin məktəblidir, ancaq onun böyük qardaşı hərbi xidmətdə vətənini qoruyur. Hərbi hissəyə qardaşının yanına gedən Yasin ona məktəbdə və digər sahələrdə əldə etdiyi uğrlarını göstərmək üçün diplom və medallarını, mükafatları aparır, vətənin bayrağını ucaltdığını deyir. Əvəzində isə böyük qardaş ona öz hərbi papağını hədiyyə edir. Bu isə simvolik bir məqamdan xəbər verir.
Klipdə əməkdar artisti Səidə Quliyeva Yasinin anası obrazını yaradıb. Klip boyu maraqlı sənədli kadrlardan, müharibə şəraitini əks etdirən görüntülərdən də istifadə edilib. Klipdə milli elementlərin varlığı, milli ornamentlərdən istifadə olunması da klipin baxımlı olmasına, onun milli köklərə münasibətindən xəbər verir. Modeler- dizayner Nezakət Əhmədovanın da bu baxımdan əməyini yüksək qiymətləndirmək lazımdır. Klip boyu Yasinin həm milli geyimlərdə, həm də müasir kostyumlarda olmasına baxmayaraq modern üslublarda da milli elementlərdən istifadə xoş təəssürat yarada bilib.
Ən əsası odur ki, 10 yaşlı Yasin bu mahnıya müraciət etməklə həm yaşıdları arasında, həm də ümumiyyətlə, tamaşaçılara vətənpərvərlik hisslərini aşılamağa çalışıb. Bu əslində digər məşhurlara da örnək olmalıdır.
Təqdimat mərasimində mətbuatın suallarına cavablandıran Yasin "Mən sənət aləmində Müslüm Maqamayev, Rəşid Behbudovun davamçısı olmaq istəyirəm" deməsi alqışlarala qarşılandı. Onu da qeyd edək ki, Yasin Rauf Babayevin, Samir Cəfərovun tələbəsidir.
Media nümayəndələrinin "uşağınızın toylara getməsini istəyirsinizmi?" sualını isə Yasinin anası Rəna xanım belə cavablandırdı: "Biz Yasinə valideyn olaraq dəstək olmağa çalışırıq ki, əsl sənətkar olmağı bacarsın. Arzumuz onu böyük səhnələrdə görməkdir. Toy bazarında olmağını qətiyyən düşünmürük. Ona görə də peşəkar insanlarla çalışırıq".
Yasin özü də bildirdi ki, toy bazarında sıradan bir müğənni olmaq istəmir, onun iddiası daha böyükdür. Yasin dünya səhnələrində klassik əsərlərlə Azərbaycanı təmsil etməyi düşünür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB